"Azov” döyüşçüləri taktiki təlimlər keçiriblər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, “Azov”çular döyüşlərin planlaşdırılması və təşkili, eləcə də bölmələrin idarə olunmasının praktiki aspektlərini işləyib hazırlayıblar.
“...Silahlı qüvvələrin müxtəlif bölmələrinin qarşılıqlı fəaliyyətində döyüş meydanında vəziyyətin operativ təhlili və qərarların qəbul edilməsinə xüsusi diqqət yetirilib. Taktiki təlimlərin nəticələrinə əsasən komandanlıq və təlimatçılar tərəfindən buraxılmış səhvlərin təhlili aparılıb. Bundan sonra isə canlı atəşlə manevrlər başlanılıb”.
Qeyd edək ki, “Azov” briqadası bunu Telegram kanalında bildirib.
Xatırladaq ki, Prezident Vladimir Zelenski iyulun 8-də Türkiyəyə səfərindən sonra Kiyevə Rusiya əsirliyindən sonra 2022-ci ilin sentyabrından Türkiyədə olan beş “Azov” komandiri ilə birlikdə qayıtdı.
Beləliklə, “Radis” çağırış nişanı ilə tanınan “Azov” komandiri Denis Prokopenko Ukraynaya qayıtdıqdan sonra şəxsi heyətlə görüş keçirib. “Azov”çularla söhbət zamanı o qeyd edib ki, bundan sonra əsas səylər döyüş hazırlığına və bölmənin şəxsi heyət, texnika, eləcə də silah təchizatına yönəldiləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB