Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin Ukrayna prezidenti Vladimir Zelenskini növbəti itkilərin qarşısını almaq üçün atəşkəs elan etməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ukraynalı ekspert cümə günü, avqustun 4-də özünün YouTube kanalında bildirib.
“...Zelenski, uşaqları ət maşınına atmağı dayandır. Hərbi vəziyyəti ləğv edərək atəşkəs elan et”.
Bunu deyən Kuçmanın keçmiş müşaviri, Ukrayna Silahlı Qüvvələri üçün cəbhə xəttində vəziyyətin çox çətinləşdiyini də bildirib.
Onun dediyinə görə, Ukraynada döyüşçülərin kifaqət qədər olmaması insanların birbaşa küçədən aparılaraq döyüş bölgəsinə göndərilməsinə səbəb olur.
Təbii ki, Soskinə “dəstək olan” rus saytları rəhbərlərinin dediklərinə istinadən son iki ay ərzində Ukrayna Silahlı Qüvvələrinin 40 mindən çox hərbçisi itkisi verdiyini yazıblar. Onların yazdığına görə, bura hələ guya yaralılar daxil deyillər.
Maraqlıdır, görəsən bu ərəfədə heç ruslardan ölən olubmu?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB