Rusiya hərbçiləri “Donetsk Xalq Respublikası”nın Uqledar yaxınlığında Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşən əcnəbi muzdlularının olduğunu aşkarlayıb.
SİA xəbər verir ki, RİA Novosti bunu Dmitri Donskoy adına 2-ci atıcı batalyonunun döyüşçüsünə istinadən bildirirb.
Batalyon döyüşçüsünün sözlərinə görə, Uqledar istiqamətində radio dinləmələrində tez-tez ingilis dilində danışıqlar eşidilir ki, bu da Ukrayna tərəfində xarici hərbçilərin döyüşməsi ilə bağlı kəşfiyyat məlumatlarını təsdiqləyir.
Qeyd edək ki, bir müddət bundan əvvəl 2-ci Ordu Korpusunun komandirinin müavini, xüsusi təyinatlı dəstənin komandiri Apti Alaudinov, Ukrayna Silahlı Qüvvələrinin “Axmat” xüsusi təyinatlılarının mövqelərinə hücuma cəhd edən xarici muzdluların dəhşətli itkilər verdiyini bildirib.
Yeri gəlmişkən, hazırda bu ərazilər ən qaynar döyüş bölgələri olaraq qalmaqdadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB