Rusiya prezidenti Vladimir Putin “Təhsil haqqında” qanuna digər məsələlərlə yanaşı, məktəblilər üçün icbari əmək təhsilinin tətbiqini nəzərdə tutan dəyişiklikləri imzalayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Sənəd qüvvəyə mindikdən sonra rusiyalı məktəblilər mütləq ictimai faydalı əmək fəaliyyətinə cəlb olunacaqlar. Bunun üçün əvvəllər olduğu kimi valideyn icazəsi tələb olunmur.
Dəyişikliklər həmçinin bir sıra digər dəyişiklikləri də nəzərdə tutur, məsələn, “Həyat Təhlükəsizliyinin Əsasları” (OBZH) fənninin adının “Vətənin təhlükəsizliyi və müdafiəsinin əsasları” olaraq dəyişdirilməsi. Yeni qanun 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB