Latviya hakimiyyətinin tədbiri Latviya dili imtahanına yazılmayan və daimi yaşayış icazəsinin uzadılması üçün heç bir sənəd təqdim etməyən şəxslərə şamil oluna bilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 6 minə yaxın insan dil sertifikatı olmadığı üçün Latviyadan qovulmaq təhlükəsi ilə üzləşib.
Belə olan halda ölkəni tərk etmək üçün 3 ay vaxt veriləcək ki, insan bunu tələsmədən edə bilsin. Tələbləri yerinə yetirməkdən imtinaya görə cinayət məsuliyyəti yoxdur, lakin inzibati məsuliyyət var - vətəndaş cərimələnə bilər. Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Maris Kuçinskis daha əvvəl bildirmişdi ki, polis heç kimi cinayət məsuliyyətinə cəlb etməyəcək, çünki reallıqda bunun necə olacağı məlum deyil.
“Qanunda xaric edilməsi nəzərdə tutulur. Siyasətçilər və ya nazirlər desələr ki, bu olmayacaq... Bu, ümiddir ki, qanunvericilikdə nəsə dəyişəcək. Amma qorxuram ki, bu, sentyabrın 1-dən əvvəl baş verməyəcək”.
Bunu Latviya Seyminin vətəndaşlıq, miqrasiya və sosial birlik komissiyasının rəhbəri İnqmar Lidak bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB