Türkiyənin yeni dövrdə Suriya siyasəti

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun “Türkiyenin yeni dövrdə Suriya Siyasəti” başlıqlı mәqalәsi. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Türkiyənin yeni dövrdə Suriya siyasəti

Türkiyədə keçirilən kritik seçkilərdən sonra prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi, Cümhur İttifaqı isə parlament çoxluğunu qazandı. Bəs, bu nəticələrin Türkiyənin Suriya siyasəti üçün mənası nədir? Əsəd rejimi ilə danışıqlar, terrorla mübarizə və qaçqın məsələsi kontekstində Ərdoğan və onun yeni kabinetinin mümkün Suriya siyasəti necə formalaşacaq?

Türkiyə mayın 14-ü və 28-də bir-birinin ardınca seçkilərə getdi və ölkənin siyasi taleyinin müəyyənləşdiyi bu seçkilərdə həm parlament çoxluğu, həm də prezidentliyi Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Cümhur İttifaqı qazandı. Beləliklə, Türkiyə daha 5 il Ərdoğan tərəfindən idarə olunacaq. Ərdoğanın “Türkiyənin əsri” olaraq xarakterizə etdiyi bu yeni dövrün Türkiyə ilə yanaşı, regional və qlobal siyasət üçün də nəticələri olacaq. Əslində, Türkiyə indi regional güc olmaqdan kənar iddiaları olan və qlobal güc olmağa cəhd edən bir ölkədir. Ancaq bu məqalədə seçkilərin nəticələrinə Suriya məsələsi çərçivəsində nəzər salacağıq və yeni Ərdoğan dövrünün Suriya siyasətinə təsirindən danışacağıq.

Yeni dövrdə Ərdoğanın siyasi rəhbərliyi altında Türkiyənin hazırkı xarici siyasətinin, xüsusən də Suriyada necə formalaşacağının işarələri əslində elan edəcəyi yeni kabinetdən başa düşmək mümkün ola bilərdi və elə də oldu. Burada Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın xarici işlər naziri təyin olunması ön plana çıxır. Hakan Fidan uzun illər MİT-in sədri olmuş, qurumu həm texniki imkanlar, həm də sahə fəaliyyətləri baxımından ciddi şəkildə inkişaf etdirmiş, Türkiyənin Suriya, İraq və Liviya kimi münaqişə məntəqələrindəki bütün hərbi, kəşfiyyat və siyasi fəaliyyətlərində söz sahibi olan bir addır. Bu mənada onun artıq xarici siyasətə birbaşa rəhbərlik etməsi Türkiye üçün İraq və Suriya siyasəti çərçivəsində davamlılığın göstəricisi olacaq. Eynilə, Baş Qərargah rəisi Yaşar Gülərin də oxşar profili var. O, həm Türkiyənin İraq və Suriyada sərhədyanı hərbi əməliyyatlarına siyasi dəstək verən, həm də quruda bu əməliyyatlara rəhbərlik edən adlardan biridir. Yaşar Gülər ​​Ərdoğanın yeni kabinetində müdafiə naziri oldu ki, bu da mövcud hərbi əməliyyatların davam etməsi mənasını daşıyır. Və Ərdoğanın sözçüsü və faktiki olaraq Milli Təhlükəsizlik Müşaviri vəzifələrində vəzifədə olmuş İbrahim Kalın indi Fidanın yerinə MİT-in rəhbəri təyin edilib. Hər üç ad da, Ərdoğan və bir-birlərilə həmrəy olan, mövcud pro-aktiv siyasətləri dəstəkləyən adlardır. Ona görə də Türkiyenin Suriya kontekstində əsas siyasətinin dəyişməyəcəyini qabaqcadan görə bilərik.

Yeni kabinetin qarşısında Suriya məsələsindəki meydan oxumalar dəyişməz olaraq qalır. Xüsusilə PKK-nın Suriya qolu olan PYD/YPG-nin Fəratın şərqi başda olmaqla Suriyanın şimal-şərqində qurmağa çalışdığı terror dövlətçiliyi Türkiyənin milli təhlükəsizliyi üçün birinci dərəcəli təhdiddir. Türkiyə sərhədyanı hərbi əməliyyatları ilə təşkilata ciddi zərbələr vursa da, təşkilat ABŞ-ın himayəsi altında güclənərək mövcudluğunu davam etdirir. Ölkədəki təbii sərvətlərdən gəlir əldə etməyə, özünü ideoloji baxımdan mənimsətməyə cəhd edir. Ancaq Türkiye üçün tək məsələ terror təşkilatı deyil.

1. Terrorla mübarizə, PKK/YPG-nin ABŞ-ın himayəsi altında bölgədə qurmağa çalışdığı terror dövlətçiliyinin tamamilə yox edilməsi.

2. Suriyanın ərazi bütövlüyünü qoruyacaq siyasi həll yolu, müxalifətin siyasi sistemə inteqrasiyası və Əsəd rejiminin demokratikləşməsi və islahatların aparılması

3. Suriyanın tikinti fəaliyyətləri ilə təhlükəsizlik və sabitlik əldə edərək qaçqınların ölkələrinə qayıtması.

Türkiyə Suriya siyasətini təkcə terrorla mübarizədə deyil, yuxarıda qeyd etdiyimiz bütün müvafiq maddələr kontekstində formalaşdırmağa davam edəcək. Hazırda Rusiyanın qarantı olan Suriya Rejimi ilə aparılan siyasi danışıqların nəticə verib-verməyəcəyi həlledici olacaq. Əgər hazırda çox çətin görünən, ancaq burada qismən güzəştlərlə ortaq məxrəcə gəlinsə, Türkiyə siyasi danışıqlar yolu ilə istədiyinə nail ola bilər. Lakin əks halda hərbi əməliyyatları davam etdirməli olacaq. Bunu edərkən də ABŞ-Rusiya-İran arasında yaşanan münaqişə və mübarizədən istifadə edərək öz milli təhlükəsizliyini bərqərar etməyə cəhd göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə