...Almaniya hələ may ayında Ukraynaya ən qısa müddətdə 2,4 milyard avro məbləğində silah tədarük edəcəyini bəyan etsə də, lakin bu günə qədər Kiyev həmin silahların demək olar ki, heç birini almayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Die Welt” nəşri yazır.
Qəzetin yazdığına görə, 2022-ci il iyunun ortalarında Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya verilən silahların siyahısını dərc etmişdi. Belə ki, Ukraynaya veriləcək silahlar sırasında “Leopard 2” tankları və “Marder” piyada döyüş maşınları da daxil olmaqla, təxminən 120 silah yer alırdı.
Ukrayna prezidenti Vladimir Zelenskinin mayın 14-də Almaniyaya səfərindən bir həftə sonra hökumət silahların siyahısını hazırlanmaqda olan maddələri də əhatə etməklə genişləndirdi. Orada 110-a yaxın “Leopard 1” tankı, 20 “Marder” IFV, 18 “Gepard” özüyeriyən zenit silahı, dörd IRIS-T zenit silahı və 26.350 artilleriya sursatı qeyd edilmişdi.
Bundan əlavə, Berlin bir neçə yüz kəşfiyyat təyyarəsi, hava müşahidə radarları, sisternlər və ağır traktorlar tədarük etməyi vəd etmişdi.
“Federal hökumət tərəfindən görülən bu tədbirlərin həyata keçirilməsinə başlanılıb”.
Qeyd edək ki, bu Almaniya Müdafiə Nazirliyinin saytında yerləşdirilən mesajda deyilirdi.
Lakin, məsələ bundadır ki, son iki ayda bunların demək olar ki, heç biri Kiyevə çatdırılmayıb. Belə ki, Ukrayna cəmi on “Leopard 1” tankı, bir hava müşahidə radarı, 12 “Gepard”, 850 artilleriya sursatı və səkkiz təcili yardım maşını verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB