Rusiya müharibəyə xərclərini iki dəfə artırdı

Qeyd edək ki, bu, bütün dövlət xərclərinin üçdə birini təşkil edir
Rusiya müharibəyə xərclərini iki dəfə artırdı

Rusiya 2023-cü ildə müdafiə xərclərini 9,7 trilyon rubla çatdırmağı planlaşdırır ki, bu da ölkənin ümumi dövlət xərclərinin təxminən üçdə birinə bərabərdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” hökumət sənədinə istinadən yazır.

Deməli həmin sənəddə deyilir ki, 2023-cü ilin birinci yarısında müdafiə büdcəsindən nəzərdə tutulduğundan 600 milyard rubl çox vəsait ayrılıb (4,98 trilyon rubl girov qoyulub).

Sənəddə, ümumi xərclərin 5,59 trilyon təşkil etdiyi, bu da bu müddət ərzində büdcədən bütün məqsədlər üçün xərclənmiş 14,97 trilyon rublun 37,3 ni təşkil etdiyi deyilir.

“Reuters”in məlumatına görə, müdafiə xərclərinin artırılması sənaye istehsalının artımı hesabına Rusiya iqtisadiyyatının bərpasını təmin edir. Eyni zamanda, bu cür tədbirlər artıq büdcənin 28 milyard dollar kəsirinə səbəb olub.

Yeri gəlmişkən, müharibə başlayandan sonra Rusiya büdcə xərcləri ilə bağlı müfəssəl məlumatların dərcini dayandırıb.

Qeyd edək ki, 2011-ci ildən 2022-ci ilə qədər Rusiya büdcəsinin 13,9 faizdən 23 faizə qədərini müdafiəyə xərcləyib. Əldə olan son məlumatlara görə, Moskva yanvar və fevral aylarında orduya 2 trilyon rubl xərcləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə