Çinin xüsusi nümayəndəsi Li Hui Ukraynadakı münaqişənin həllinə dair beynəlxalq konfransda iştirak etmək üçün Səudiyyə Ərəbistanına, Ciddəyə səfər edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.
“Çin Ukrayna böhranının siyasi həllinin təşviqində konstruktiv rol oynamağa davam etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırdır”
Qeyd edək ki, bunu nazirliyin sözçüsü bildirib.
Onu da qeyd edək ki, konfransda onlarla ölkədən, o cümlədən Hindistan, Braziliya və Cənubi Afrika da daxil olmaqla “qlobal cənubda” olan dövlətlərdən milli təhlükəsizlik müşavirləri bir araya gələcək.
Yüksək səviyyəli Avropa rəsmilərindən birinin “Politico”-ya bildirdiyinə görə, görüşdə bir çoxları Pekinin son beynəlxalq sammitdə iştirak etməməsinə təəssüflənirlər.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanında keçiriləcək konfransa Rusiya dəvət olunmayıb, lakin Ər-Riyad görüşün nəticələri barədə Moskvanı məlumatlandıracağına söz verib.
“The Financial Times” yazıb ki, qlobal sülh sammitinin tarixi razılaşdırılarsa, görüş uğurlu ola bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB