Danimarka Nigerə maliyyə dəstəyini dayandırıb

Danimarka Nigerə maliyyə dəstəyini dayandırıb
Danimarka hökuməti ölkədə hakimiyyətin hərbi xuntaya keçməsindən sonra Nigerə maliyyə dəstəyini dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu əməkdaşlıq və qlobal iqlim siyasəti naziri Den Yorgensen deyib.

“Fakt budur ki, bu, hərbi xuntadır. Təbii ki, biz bunu birbaşa və ya dolayısı ilə Danimarka pulu ilə dəstəkləməyəcəyik”, – o deyib.

Bundan əvvəl Danimarka əməkdaşlıq müqaviləsi imzalayıb, ona görə Niger beş il ərzində 920 milyon kron (təxminən 140 milyon dollar) almalı idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com