Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildiriblər.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbəri və Polşa xüsusi xidmət orqanlarının işini əlaqələndirən nazir Mariuş Kaminski sosial şəbəkələrdə tutulanın artıq 16-cı rus “şpion”u olduğunu bildirib.
Maraqlıdır ki, tutulan şübhəlinin sonrada Belarus vətəndaşı olduğu üzə çıxıb. Amma polyaklar üçün nə dəxli?
Kaminskinin sözlərinə görə, tutulan şəxs hərbi obyektlərin və limanların kəşfiyyatında iştirak edib, həmçinin Rusiyanın xeyrinə təbliğat işləri aparıb.
Polşa prokurorluğu bildirib ki, rus casus şəbəkəsinin agenti olduğu iddia edilən şəxs xarici kəşfiyyata işləməkdə ittiham olunur.
Qeyd edək ki, təqsirləndirilən şəxs 2021-ci ildən Polşada yaşayırmış.
Polşa tərəfinin iddiasına görə, onun vəzifəsi respublikada siyasi sabitliyi pozmaq üçün mühüm infrastruktur obyektləri haqqında məlumat toplamaq və təxribat törətmək olub.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kremldə rus casus şəbəkəsi üzvünün saxlanılması barədə məlumat olmadığını bildirib.
“Bizim bu barədə heç bir məlumatımız yoxdur”, - deyə Kreml sözçüsü bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB