ABŞ və digər Qərb ölkələri taxıl müqaviləsi ilə bağlı “ikiüzlülük və yalan danışmağı” dayandırmalıdır.
SİA TASS-a istinadən xəbər verir ki, bu çağırışla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
Diplomat qeyd edib ki, sövdələşmə ili ərzində Odessa, Çornomorsk və Yujnı limanlarından təxminən 33 milyon ton taxıl ixrac edilib, buğdanın payı cəmi 8,8 milyon ton təşkil edib.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken, Moskvanın taxıl sazişinə qayıdacağı təqdirdə, Vaşinqtonun ərzaq ixracını təşviq etməyə davam edəcəyini bildirmişdi.
O, həmçinin, ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin qidaya aid olmadığını bildirmişdi.
Yeri gəlmişkən, Blinken, iyulun 17-də başa çatan Qara Dəniz Təşəbbüsünün konkret, nəzərəçarpacaq, güclü nəticələr göstərdiyini vurğulamış və BMT Təhlükəsizlik Şurasında onun yenilənməsini müdafiə etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB