Efiopiyada qarşıdırmalar davam edir

Efiopiyada qarşıdırmalar davam edir

Efiopiyanın şimalında ordu ilə əvvəlcə Tiqray üsyançılarına qarşı ordu ilə birlikdə vuruşan, lakin sülh razılaşmasından sonra silahı yerə qoymaqdan imtina edən Amhara silahlıları arasında toqquşmalar davam edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölkənin Amhara bölgəsində ordu ilə Amhara silahlıları arasında baş verən şiddətli toqquşmadan sonra internetin kəsildiyi bildirilib.
2022-ci ilin noyabr ayında Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayan federal hökumət bölgədəki bütün silahlı təşkilatları tərksilah etməyə başlayıb.
Federal hökumətin göstərişlərinə əməl etməyən “Fano” ləqəbli silahlılar əsgərlə toqquşmağa başlayıb.
Silahlılar Tiqray Xalq Azadlıq Cəbhəsi ilə mübarizədə ordunun tərəfini tutdu.
Digər tərəfdən Sudan təhlükəsizlik səbəbindən ölkənin cənub-şərqindəki Qallabat sərhəd-keçid məntəqəsini bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə