Deməli, Belarus avqustun 1-dən bütün ölkələrə, o cümlədən “qardaş” Rusiyaya da quş ətinin ixracına məhdudiyyətlər tətbiq edib. Amma maraqlıdır ki, bu məhdudiyyət Çindən yan keçib.
SİA-nın əldə etdiyi məlumata görə, bu xəbəri rusların “Kommersant” nəşri yayıb.
Qeyd edək ki, toyuq ətinin ixracına qoyulan məhdudiyyətləri rəsmi Minsk öz bazarını doyurmaq zərurəti ilə izah edib.
Yeri gəlmişkən bildirək ki, dünənə qədər Belarus Rusiyaya quş ətinin əsas tədarükçülərindən biri olaraq qalırdı. Bu baxımdan, Belarusun ruslara qarşı “haqspzlıq” tədbirləri ilə əlaqədar Rusiyada toyuq ətinin qiymətinin qalxa biləcəyi istisna edilmir.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Avropa İttifaqı Rusiyaya qoyulan məhdudiyyətlərdən yayındığı üçün Belarusa qarşı sanksiyaları genişləndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB