Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gürcüstanın dağlıq balneo-iqlim kurortu olan Şovidə torpaq sürüşməsindən sonra ölən 11 nəfərin cəsədi tapılıb. SİA-nın əldə etdiyi məlumata görə, hazırda xilasedicilər itkin düşən 20 nəfərin axtarışını davam etdirirlər.
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, 210 nəfər helikopterlərlə təbii fəlakət zonasından çıxarılıb.
“Vəziyyət çox çətindir. Kotteclərin yerləşdiyi yer tamamilə sürüşmə ilə örtülüdür”.
Bunu da Qaribaşvili bildirib.
Xatırladaq ki, avqustun 3-də axşam saatlarında Şovi kurortunda böyük sürüşmə baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi Teimuraz Mqebrişvili bildirib ki, sürüşmə çayın yatağı boyunca yerləşən və istirahət edənlərin məskunlaşdığı kottecləri də yuyub aparıb.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB