“Vladimir Putin avqustda Türkiyəyə səfər edə bilər”

Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərin suallarını cavablandırıb
“Vladimir Putin avqustda Türkiyəyə səfər edə bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin bu ay Türkiyəyə səfər edə biləcəyini deyib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə,Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərin suallarını cavablandırıb.
Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ ki müəyyənləşməyib.
“Tarix hələ dəqiqləşdirilməyib. Ancaq xarici işlər naziri, kəşfiyyat təşkilatının rəhbəri danışıqlar aparır. Bu görüşlər çərçivəsində səfərin avqustda baş tutacağını düşünürəm'',-deyə Türkiyə Prezidenti qeyd edib.
Vladimir Putinin Afrikaya taxıl vədini də qiymətləndirən Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyadan Qara dəniz dəhlizi vasitəsilə gələcək taxıllar Türkiyədə una çevrilərək yoxsul Afrika ölkələrinə və inkişaf etməmiş ölkələrə daşınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə