Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 5 üzvü zərərsizləşdirilib.
SİA-nın rtürk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.
"Yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına lazımi cavabı veririk. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Sülh çeşməsi" əməliyyatı bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib'',-deyə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda vurğulanıb.
Türkiyənin Milli Kşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Sincarda keçirdiyi antiterror əməliyyatı zamanı PKK terror qruplaşmasının qondarma baş kuryeri Yılmaz Bayram zərərsizləşdirilib.
Məlumatda “Agit Gever” kod adlı Yılmaz Bayramın PKK terror təşkilatının üzvlərinə silah və sursat çatdıran dəstəyə başçılıq etdiyi bildirilib. O, zərərsizləşdirilən zaman terrorçulara çatdırmaq üçün hazırlanmış silah və sursatlar da məhv edilib.
Terrorçu Yılmaz Bayram 2011-2016-cı illərdə Türkiyənin Hakkari şəhərində təhlükəsizlik qüvvələrinə və mülki vətəndaşlara qarşı çoxsaylı terror hücumlarının iştirakçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB