Putin çağırışçı yaşının qaldırılması haqqında qanunu imzaladı

Putin çağırışçı yaşının qaldırılması haqqında qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin 18 yaşdan 30 yaşadək rusiyalıların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.

SİA xatırladır ki, əvvəllər Rusiyada hərbi xidmətə çağırış üçün yaş həddi 27 yaş idi.

Beləliklə, imzalanan sənəd 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. 2023-cü ilin sonuna qədər 28 yaşı tamam olanlar yeni qanundan təsirlənməyəcək. Əvvəlcə çağırış yaşının aşağı həddinin də qaldırılacağı planlaşdırılırdı, yəni 18 yaşdan 21 yaşa...

Daha sonra Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, komitə bunu etməmək qərarına gəlib. O, dəyişiklikləri demoqrafik vəziyyətə görə orduya getdikcə daha az rusiyalı çağırılması ilə əlaqələndirib.

Bundan əlavə, prezident vətəndaşlara çağırış vərəqəsi təqdim edildiyi gündən, o cümlədən iş və ya təhsil yerində xaricə çıxışına qadağa qoyulmasını nəzərdə tutan qanunu da imzalayıb.

Xatırladaq ki, Dövlət Duması hələ aprel ayında elektron çağırışları kağız çağırışlarla eyniləşdirən hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestrinin yaradılması haqqında qanunu təsdiqləyib.

Yeri gəlmişkən, Putinin imzaladığı digər sənəd isə Milli Qvardiyaya aiddir. Beləliklə, artıq bundan sonra Qvardiya da ağır hərbi texnika ilə silahlana biləcək

Bundan əlavə, Ukraynaya qarşı döyüş əməliyyatları üçün dövlət satınalmaları sadələşdirilmiş qaydada həyata keçiriləcək.

...Müdafiə Nazirliyi tək təchizatçıdan satın alarkən istənilən formada müqavilələr bağlaya biləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə