2 nəfər torpaq sürüşməsinin qurbanı olub

2 nəfər torpaq sürüşməsinin qurbanı olub

Gürcüstanın Şovi vilayəti ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 2 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, axşam saatlarınadək iki nəfərin cəsədi torpaq altından çıxarılıb, 70-dən çox insan helikopterlər vasitəsilə təhlükəsiz əraziyə köçürülüb.

Məlumata görə, xilasetmə əməliyyatı bütün gecə davam edəcək.

Təbii fəlakət zonasında turistlər də daxil olmaqla 100-ə yaxın insan çıxılmaz vəziyyətdə qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə