Xidmətdən yayınanlar 5 il azadlıqdan məhrum ediləcək

Xidmətdən yayınanlar 5 il azadlıqdan məhrum ediləcək

Rusiya hökuməti səfərbərlik üzrə və ya müharibə şəraitində hərbi xidmətə çağırışdan yayınmaya görə cinayət cəzasının tətbiqi haqqında qanun layihəsini dəstəkləyib.

Bu təşəbbüslə ötən ilin payızında Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov, Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskarev və Vahid Rusiyadan deputat Ernest Valeyev çıxış ediblər. Onlar səfərbərlik çağırışından yayınmağa görə 500 min rubla qədər cərimə və ya beş ilədək həbslə cəzalandırılmasını təklif ediblər.

Daha sonra Kartapolov və Piskarev bəyan etdilər ki, təşəbbüs qondarma “qismən səfərbərliyin” başa çatması ilə əlaqədar “öz aktuallığını itirib”. İndi hökumətin cavabına əsasən, qanun layihəsi yenidən baxılmağa hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iyulun 31-də Vladimir Putin hərbi xidmət sahəsində qanunvericiliyi sərtləşdirmək üçün bir neçə qanun layihəsi imzalayıb.

Belə ki, oktyabrın 1-dən gündəlikdə duran hərbi komissarlığa gəlməməyə görə cərimə 10 dəfə artırılacaq.

Bundan əlavə, hərbi vəziyyətə əsasən, cinayət işləri üzrə vətəndaşların həbs-qətimkan tədbiri seçilməmişdən əvvəl saxlanma müddəti 30 günə qədər olacaq. Qeyd edək ki, bu qayda artıq qüvvəyə minib.

Yeri gəlmişkən, iyulun sonunda Dövlət Duması və Federasiya Şurası “hərbi” qanunlar paketi də qəbul edib. Deməli indi artıq 18 yaşdan 30 yaşa qədər hərbi xidmətə çağırış haqqında və çağırış vərəqəsinin təqdim edildiyi andan çağırışçıların xaricə getməsinə qadağa qoyulur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə