Gürcüstanın Şovi bələdiyyəsi ərazisində xilasetmə işləri davam edir, axşam saatlarınadək iki nəfərin cəsədi torpaq altından çıxarılıb, 70-dən çox insan helikopterlər vasitəsilə təhlükəsiz əraziyə köçürülüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN-in Fövqəladə Halların İdarə Olunması Mərkəzinin rəisi Teymuraz Mqebrişvili bildirib ki, xilasetmə əməliyyatı bütün gecəni davam edəcək.
Qeyd edək ki, bir neçə saat əvvəl Şovi ərazisində torpaq sürüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb.
Son məlumatlara görə, təbii fəlakət zonasında turistlər də daxil olmaqla 100-ə yaxın insan çıxılmaz vəziyyətdə qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB