Polşa Belarus sərhədinə iki ordu briqadasının döyüş helikopterlərini yerləşdirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı yayıb.
Müdafiə naziri Mariuş Blaşçakın əmrinə əsasən, helikopterlər dərhal cavab rejimində iki mövqedə yerləşdiriləcək.
Baş komandanlığın dediyinə görə, helikopterlər döyüşə hazırdır, pilotlar isə lazım gələrsə, tərəddüd etmədən silahlarından istifadə etməyə hazırdırlar.
Qeyd edək ki, avqustun 1-də Varşava iki Belarus helikopterinin Polşanın hava məkanına daxil olması barədə məlumat yaymışdı. Varşavanın yaydığı məlumatda Belaeusa məxsus iki helikopterin Polşanın üç kilometr dərinliyinə uçduqdan sonra dönüb geri qayıtmışdılar.
Onu da qeyd edək ki, Minsk manevrlər barədə Polşa hakimiyyətini əvvəlcədən məlumatlandırıbmış.
Ona görə də, Belarus Müdafiə Nazirliyi qonşu ölkənin hava məkanının pozulması ilə bağlı ittihamları rədd edib.
Verilən məlumatlara görə, Blaşak sərhəddə hərbçilərin sayının artırılması və əlavə qüvvələr, o cümlədən döyüş helikopterlərinin ayrılması barədə göstəriş verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB