Rusiya əcnəbiləri müqavilə əsasında hərbi xidmətə cəlb edir

Rusiya əcnəbiləri müqavilə əsasında hərbi xidmətə cəlb edir

Rusiya müqavilə ilə Rusiya ordusunda xidmət etmək üçün əcnəbiləri cəlb etməyə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, artıq bir neçə KİV buna diqqət çəkib.

Belə ki, “Reuters” agentliyi Qazaxıstanın internet seqmentində “xarici qardaşlara” ünvanlanmış müvafiq reklamın peyda olduğunu bildirib.

Giriş şəklində Rusiya və Qazaxıstan bayraqları əks olunub və “Çiyin-çiyinə” şüarı yerləşdirilib.

Burada elanın mətnində Rusiya ordusu ilə müqavilə bağlamaq istəyənlərə 495 min rubl birdəfəlik ödəniş vəd edilib. Bundan əlavə, hər ay ən azı 190 min rubl aylıq əmək haqqı və "əlavə ödənişlər" də vəd edilir.

Agentlik qeyd edir ki, bu rəqəmlər Moskva və Moskva vilayətindəki podratçılara ödənişlərlə müqayisə oluna bilər.

Qeyd edək ki, eyni reklam Ermənistanın internet seqmentində də peyda olub – bu barədə istifadəçilər məlumat verir.

Xatırladaq ki, yanvarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu üç il ərzində Rusiya qoşunlarının sayını bir milyon yarıma çatdırmağı hədəflədiyini açıqlamışdı.

Aprelin 1-dən Müdafiə Nazirliyində müqaviləli xidmətə yeni çağırış başlayıb. İdarənin planlarına görə qoşunları doldurmalı olan müqaviləli əsgərlərin ümumi sayı 400 min nəfərdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə