Ərdoğan Ali Hərbi Şuranın qərarlarını təsdiq edib

Ərdoğan Ali Hərbi Şuranın qərarlarını təsdiq edib

İkinci Ordu Korpusunun komandanı, ordu generalı Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postuna təyin edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Ali Hərbi Şuranın iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə paytaxt Ankarada keçirildi.
Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın iclasında qəbul edilən qərarları təsdiq edib.
Qərara əsasən, ikinci Ordu Korpusunun Komandanı, ordu general Metin Gürak Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Türkiyə Quru Qoşunlarının komandanı da dəyişib. Şuranın qərarına əsasən, Baş Qərargah rəisinin müavini, ordu generalı Səlçuq Bayraktaroğlu Quru Qoşunlarının komandanı təyin edilib.
Digər qərarla ordu generalı Ziya Camal Kadıoğlu Hərbi Hava Qüvvələrinin komandanı postuna təyin olunub.
Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb. Həmçinin 63 polkovnikə general və ya admiral rütbəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə