Polşadan Belarusa xəbərdarlıq...

Polşadan Belarusa xəbərdarlıq...

Bu arada Polşa Müdafiə Nazirliyi, Belarusla sərhəddə silahdan istifadə edə biləcəkləri ehtimalının xəbərdarlığını edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Polşa televiziyasının efirində məlumat verilib.

Qeyd edək ki, Sərhəddəki vəziyyəti Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Marek Sokolovski və milli müdafiə naziri Mariuş Blaşçak müzakirə ediblər.

Blaşçak məlumat verdi ki, avqustun 2-də Polşa Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri Polşa-Belarus sərhədi ərazisinə göndərilib.

Onu da qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Marek Sokolovski, öz növbəsində atəşdən istifadəyə hazır olduqlarını da elan edib.

O, sərhəddə təhlükəli hadisələr baş verəcəyi təqdirdə Polşadakı helikopterlərin döyüşə hazır olduqlarını bildirib.

General Blaşçak qeyd edib ki, Polşanı təmsil edən ekipaj yaxşı təlim keçmiş və Əfqanıstanda döyüş təcrübəsi olan iki briqadadan ibarətdir.

Xatırladaq ki, avqustun 1-də Polşa Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozduğu iddia edilən Belarusdan iki helikopter barədə məlumat vermişdi. Buna cavab olaraq Belarusla sərhəddə qoşunların sayının artırılması barədə qərar qəbul edilib. Belarus Respublikasının Müdafiə Nazirliyi sərhədin pozulması ilə bağlı ittihamların əsassız olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə