Rusiya prezidenti Vladimir Putin cümə axşamı, avqustun 3-də istehsal müəssisələrinin rəhbərləri ilə görüşündə, bütün Rusiya məmurlarının yerli avtomobilləri idarə etməli olduqlarını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Putin, Rusiyadakı əksər nazirlik və idarələr daha çox xaricdə istehsal olunan avtomobillərin alınmasına maraqlıdırlar. lakin rusiyalı prezidentin fikrincə, bunu tamamilə istisna etmək lazımdır.
“Mən bunun, tamamilə istisna edilməsini deyirəm. Ölkənin bütün məmurları yerli maşın sürməlidir”.
Deyəsən bir az əmrə bənzəyir axı. Lakin, qeyd edək ki, bu sözləri Putin deyib.
Dövlət başçısı əmindir ki, haradasa daha təvazökar olmaqda qəbahət yoxdur. Axı hamı başa düşməlidir ki, yerli brendlərin inkişafı üçün çalışmaq lazımdır.
Putin ümumilikdə idxaldan imtina etməyin lazım olmadığını bildirsə də, amma əsas şeylərdə yerli istehsalçılara yönəlməli olduqlarını deyib.
Xatırladaq ki, bundan bir müddət əvvəl Belarusda prezident Aleksandr Lukaşenko sərəncam imzalayıb ki, rəsmi avtomobillərin alınması zərurəti yaranarsa, dövlət şirkətləri yalnız Geely brendi altında avtomobillər istehsal edən "Beldji" zavodunda yığılmış avtomobilləri almalıdırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB