...Xabarovskda təqaüdçü hərbi komissarlığı yandırmaq istəsə də, səhvən kitabxananı yandırıb.
SİA bu barədə rusların “Shot” teleqram kanalına istinad edir.
Deməli, avqustun 2-də axşam saatlarında 74 yaşlı Nina S. müqavilə üçün seçim məntəqəsinin yerləşdiyi Serışeva küçəsində yerləşən yaşayış binasına yaxınlaşıb. O, əvvəlcə uzun müddət telefonla danışıb, sonra isə əvvəlcədən hazırladığı şüşəni pəncərədən içəri ataraq, aradn çıxmaq istəyib.
Lakin binada baş verən yanğın hadisə şahidləri tərəfindən söndürülüb və elə polisə də onlar müraciət ediblər.
Teleqram kanalın yazdığına görə, yanğın baş verən yerdə içərisində alışan maye olan iki araq şüşəsi, həmçinin iki parça kəsiyi, bir qutu kibrit və yarım litrlik boş butulka aşkar edilib.
Maraqlıdır ki, polisdə Nina S. hərbi komissarlığı deyil, şəhər Mərkəzi Kitabxanasının filialını yandırdığını öyrənib. Pensiyaçıya qarşı “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, bu maddə ilə tutulanları 5 ilə qədər həbs gözləyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB