Luis İnasiu Lula da Silva deyib...
Braziliya prezidenti Luis İnasiu Lula da Silva beynəlxalq ticarətdə dollardan imtina etməyə və BRİKS üzvləri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalar da daxil olmaqla, ABŞ valyutasına alternativ yaradılmasına çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Luis İnasiu Lula da Silva deyib: "Hamı bilir ki, mən ölkələrimiz arasında ticarət üçün öz valyutamızın yaradılmasının tərəfdarıyam. Əgər bunu öz valyutamızda eləmək mümkündürsə, nə üçün Argentina və ya Çinlə ticarətdə dollardan istifadə etməliyik? Bəşəriyyətin, demək olar ki, yarısının yaşadığı ölkələr nə üçün bu məsələni öz aralarında müzakirə edə bilməməlidir?”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB