Litva prezidenti “vaqneritlərin” təhlükəli insanlar olduğunu etiraf edib

Litva prezidenti “vaqneritlərin” təhlükəli insanlar olduğunu etiraf edib

Polşa və Litva NATO-nun şərq cinahına qarşı təhdidləri fəal şəkildə müzakirə edir. Litvanın “LRT” telekanalının məlumatına görə, Litva prezidenti Qitanas Nauseda Belarusda yerləşən “Vaqner” PMC muzdlularının Qrodno qəsəbəsi ərazisinə köçürüldüyü barədə xəbərdarlıq edib.

SİA xatırladır ki, Qrodno qəsəbəsi Litva sərhədindən 16, Polşa sərhədindən isə 8 kilometr aralıdır.

“...Belarus ərazisində yerləşən "Vaqner" yaraqlılarının sayı artıq 4 mini keçir. "Vaqner" PMC-nin bir hissəsi Qrodno vilayətində mövqe tutaraq sərhədimizə yaxınlaşıb. Bu vəziyyət həm Polşa və Belarus sərhəddində, həm də Litva və Belarus sərhədində təxribatların təşkili üçün çox əlverişlidir”.

Bunu deyən Litva lideri Belarusdakı “vaqneritlərin” sayının 10 min nəfərə qədər arta biləcəyini də istisna etməyib.

Maraqlıdır ki, litvalı prezident, onların niyyətlərinin hələ ki, bəlli olmadığını desə də, lakin Polşa və Litvanı onlar tərəfindən hazırlanmış təxribat gözlədiyini də dilə gətirib.

“Belarusdakı “Vaqner” yaraqlılarının niyyətlərini qiymətləndirməyin müxtəlif yolları var, lakin bir şey aydındır: həm Putin, həm də Lukaşenko sərhəddəki mövcudluqlarından NATO dövlətlərinə qarşı mümkün təxribatlar üçün istifadə etmək çox cəlbedici olardı”

Bunu deyən Nauseda, “Vaqner” muzdlularını təcrübəsiz uşaqlar deyil, ciddi qüvvə adlandırıb. Litvalı prezident, onların döyüş meydanında döyüş təcrübəsi almış və həqiqətən də çox təhlükəli insanlar olduğunu etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə