Mehmet Şimşek beynəlxalq investorlarla görüşəcək

Mehmet Şimşek beynəlxalq investorlarla görüşəcək

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək sabah keçiriləcək Türkiyə İqtisadi Forumu çərçivəsində beynəlxalq investorlarla görüşəcək.
Nazir Mehmet Şimşək Amerika investisiya bankı JP Morgan tərəfindən sabah İstanbulda təxminən 50 investorun iştirakı ilə keçiriləcək Türkiyə İqtisadi Forumuna qatılacaq.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Mehmet Şimşək forumda beynəlxalq investorlara Türkiyə iqtisadiyyatı haqıında məlumat verəcək.
Xəzinə və maliyyə naziri daha sonra investorlarla ayrı-ayrılıqda görüş keçirəcək. O, həmçinin BlackRock, JP Morgan, Sinqapur Sərvət Fondu və Franklin Templeton investisiya şirkətlərinin nümayəndələri ilə təkbətək görüşlər keçirəcək.
Mərkəzi Bankın sədri Hafize Gaye Erkan da forumda çıxış edəcək.
Forum və görüşlər mətbuata qapalı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə