Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya paytaxt Moskvanın qərbindəki Kaluqa bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumun qarşısının alındığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mövzu ilə bağlı yaydığı bəyanatda bu ifadələrə yer verilib: ''Bu gecə Kiyev rejiminin Kaluqa vilayətinə təşkil etdiyi hücum cəhdinin qarşısı alınıb''.
Bəyanatda Rusiya hava hücumundan müdafiə sistemlərinin 6 PUA-nı məhv etdiyi və hücum nəticəsində ölən və ya yaralananın olmadığı vurğulanıb.
Bildirilib ki, iyulun 24 və 28-də Ukrayna Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücumlar təşkil edib. Sözügedən hücumlar nəticəsində ölən və ya yaralanan olmayıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın iyulun 30-da və avqustun 1-də Moskvaya pilotsuz uçuş aparatı ilə hücum təşkil etdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə