Bu dəfə “sanksiyanı” Rusiya qoyur..?

Rusiya Baş Prokurorluğu Avropa İttifaqının ən böyük partiyasının analitik mərkəzini arzuolunmaz elan edib.
Bu dəfə “sanksiyanı” Rusiya qoyur..?

Rusiya Baş Prokurorluğu Brüsseldə yerləşən Vilfrid Martens Avropa Araşdırmaları Mərkəzini arzuolunmaz təşkilat elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, təşkilat Avropa İttifaqının ən böyük partiyası - Avropa Xalq Partiyası üçün analitik işlərlə məşğuldur.

Baş Prokurorluq bildirir ki, 2014-cü ildən Krımın Rusiya tərəfindən ilhaqından sonra təşkilat Moskvaya siyasi, hərbi və sanksiya təzyiqinin və Ukraynaya yardımın zəruriliyini əsaslandıraraq Avropada Rusiya haqqında mənfi imic formalaşdırır.

Nazirliyin bəyanatında deyilir ki, təşkilatın ekspertləri Rusiyada qanunvericilik və iqtisadi islahatların aparılmasının zəruriliyi ilə bağlı tezisləri irəli sürürlər. Rusiya qanunvericiliyi arzuolunmaz hesab edilən təşkilatlarla əməkdaşlığa görə vətəndaşlar üçün cinayət cəzası nəzərdə tutur.

Rusların iddiasına görə, Martens Mərkəzinin çalışdığı Avropa Xalq Partiyasına Avropanın mərkəzçi və mühafizəkar partiyaları daxildir.

Yenə də ruslara görə, guya onların bir çoxu Rusiyaya qarşı ehtiyatlı mövqe tutur və Moskva ilə əməkdaşlığı tamamilə pozmamaq ideyasını dəstəkləyirlər.

Buna baxmayaraq, Avropa Parlamentindəki partiya fraksiyasının deputatlarından heç biri Rusiyanın terrorizmin himayədarı dövlət kimi tanınması ilə bağlı qətnamənin əleyhinə səs verməyib. Fraksiya həmçinin Ukraynanın müharibədən sonra mümkün qədər tez NATO-ya qəbul edilməsinin zəruriliyi ilə bağlı qətnamə qəbul edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə