Rusiyanın gəmi və təyyarələri Baltik dənizində...

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumatda bildirilir...
Rusiyanın gəmi və təyyarələri Baltik dənizində...

Rusiya Baltik dənizində “Okean qalxanı 2023” təliminə başlayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumatda Rusiya donanmasının Baltik dənizində hərbi manevrlərə başladığı bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Okean qalxanı 2023” adlı təlimdə 30-dan çox döyüş gəmisi, 20 dəstək gəmisi, 30 təyyarə və təxminən 6 min əsgər iştirak edir.

Hərbi manevrin məqsədi Hərbi Dəniz Donanmasının əməliyyat baxımından mühüm region olan Baltik dənizində Rusiyanın milli maraqlarını müdafiə etməyə hazır olub-olmamasını ölçməkdir.

Təlimin nə vaxt bitəcəyi ilə bağlı məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə