Çində uşaqlarla bağlı yeni qərar qəbul edildi

Çində uşaqlarla bağlı yeni qərar qəbul edildi

Çinin kiberməkan tənzimləyicisi 18 yaşına çatmamış uşaqların smartfonlarında gündə maksimum iki saatdan artıq vaxt keçirməməli olduğunu bildirib. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, Çin kiber məkan idarəsi (CAC) 18 yaşdan kiçik uşaqların mobil cihazlarında axşam saat 10-dan səhər 6-a qədər internetə çıxışı məhdudlaşdıran kiçik smart cihazlar quraşdırmaq istədiklərini bildirib. 16-18 yaş arası istifadəçilərə telefonda gündə iki saat vaxt keçirmək icazəsi veriləcək, 8-16 yaş aralığında balaca uşaqlar üçün gündə bir saat, 8 yaşdan aşağı uşaqlar üçün isə cəmi 8 dəqiqə vaxt icazə veriləcəkdir.

İnvestorlar isə ideyanı çox da bəyənmədilər.

Səlahiyyətlilər son illərdə görmə zəifliyi və gənclər arasında internet asılılığının yayılmasına görə narahatdırlar. 2021-ci ildə hökumət 18 yaşdan kiçik uşaqlar üçün video oyunlarda komendant saatı tətbiq etdi. Bu, “Tencent” kimi video-oyun nəhənglərinə böyük zərbə vurdu.

“Bilibili”, “Kuaisou” və “Bytebeate” kimi video paylaşma platformaları 2019-cu ildən bəri istifadəçilərin məzmun və istifadə müddəti məhdudlaşdıran "yeniyetmə rejimləri" təklif etdi.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə