Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çirçik kənd təsərrüfatı maşınqayırma müəssisəsinə baş çəkib. SİA xəbər verir ki, “Telegram” kanalında yayılan məlumata görə, dövlət başçısı müəssisədə yığılmış kənd təsərrüfatı texnikalarının ilk nüsxələrinə baxış keçirib.
Prezidentə məlumat verilib ki, müəssisədə ilk yerli məhsul olan universal traktor istehsal edilib.
Qeyd edək ki, müəssisə ölkə başçısının 2021-ci ilin noyabrında imzaladığı sərəncama əsasən, Çirçik kənd təsərrüfatı maşınları zavodunun bazasında yaradılıb. Maşınqayırma müəssisəsi ildə 15 minə qədər traktor, qoşqu və digər texnika istehsal etmək gücündədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB