ABŞ-da münsiflər heyəti yekdilliklə 2018-ci ilin oktyabrında Pensilvaniya ştatının Pittsburq şəhərində sinaqoqu atəşə tutan Robert Bauersi edam cəzasına məhkum edib.
SİA xatırladır ki, həmən vaxt Bauers 11 nəfəri öldürüb, daha 6 nəfəri isə yaralamışdı.
Məhkəmə işi ağırlaşdırıcı hal - nifrət motivi ilə kütləvi qətl kimi qiymətləndirib. Xatırladaq ki, atışma zamanı Bouers antisemit şüarlar səsləndirərək bütün yəhudiləri öldürməyə çağırmışdı.
Qeyd edək ki, 2018-ci il oktyabrın 27-də Pittsburqda Həyat Ağacı sinaqoqunda baş verən atışma ABŞ tarixində ən qanlı antisemitizm qırğını olaraq qalır.
Belə ki, tüfəng və bir neçə tapança ilə silahlanmış Bauers şənbə ibadəti zamanı sinaqoqa soxularaq sinaqoqda olanlara atəş açmışdı. Qeyd edək ki, bundan əvvəl o, internetdə yəhudi ictimai təşkilatlarını təhdid edən yazılar da yerləşdirmişdi.
Yeri gəlmişkən, Bouersin hökmü ABŞ-da prezident Cozef Baydenin hakimiyyəti dövründə çıxarılan ilk ölüm hökmüdür.
Müdafiə tərəfi təqsirləndirilən şəxsin cinayət zamanı qeyri-stabil psixi vəziyyəti ilə bağlı mübahisə edib, lakin andlılar heyəti onları sübut hesab etməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB