ABŞ Senatında həyəcanlı anlar yaşandı

ABŞ Senatında həyəcanlı anlar yaşandı

ABŞ polisinə Senatın inzibati binalarından birində silahlı şəxsin basqın etməsi barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə Kapitoli polisi məlumat yayıb.

Bildirilir ki, polis binalarda əməliyyat tədbirləri həyata keçirib.

Məlumata görə, yerli saatla 14:30-da 911 xidmətinə Senat binasında atışma ilə bağlı zəng edilib. Polis inzibati binalarda axtarışlar təşkil edərək insanları sığınacaq tapmağa çağırıb.

“Yaralı və silahlı şəxsntapılmayıb”, - deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə