Fransada isti hava səbəbindən 80 nəfər ölüb

Fransada isti hava səbəbindən 80 nəfər ölüb

Fransada iyul ayında qeydə alınan isti hava səbəbindən 80 nəfər ölüb. SİA yerli mətbuata istinadən xəbər verir ki, ölənlərin çoxusu Overn-Rona-Alpla, Burqundiya–Franş-Konte, Korsika regionundan olub.

Qeyd edək ki, iyul ayında Fransada yüksək temperatur qeydə alınıb.

7-13 iyul tarixləri arasında qızmar istilər nəticəsində onlarla insan həyatını itirib.

Bunun üzərinə ölkənin Meteorologiya agentliyi xüsusilə cənub bölgələrindəki insanları isti havaya qarşı tədbir görmələri barədə xəbərdar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə