Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin taleyi Donetsk istiqamətində həll olunmur. Əsas döyüş cəbhənin cənub sektorunda baş verə bilər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri “Espresso” telekanalının efirində Ukrayna Silahlı Qüvvələrinin kapitanı Valeri Prozapas deyib.
Onun sözlərinə görə, bu gün həlledici qarşıdurma Zaporojye və Xerson vilayətlərində, ya da ola bilsin ki, Donetsk vilayətinin qərb hissəsində baş verə bilər.
Kapitanın dediyinə görə, Ukrayna Silahlı Qüvvələrinin əsas səyləri məhz orada cəmlənib. 2 aydan artıqdır ki, şiddətli döyüşlər getdiyi həmin ərazilərdə artıq uğurlar da nəzərə çarpmaqdadır.
…Bu gün biz Rusiyanın müdafiə xətlərini kəmiririk, bununla düşmənin zəif yerlərini tapmağa çalışırıq. Hazırda onların artıq tapıldığını deyə bilərik.
Müharibənin artıq resurs xarakteri aldığını deyən kapitan Prozapasın fikrincə, ukraynalı əsgərlər “təcavüzkarın döyüş maşınını əzməli, üyütməlidirlər”.
Ukrayna Silahlı Qüvvələrinin artıq kifayət qədər təcrübəsi olduğunu deyən ukraynalı hərbçi, Rusiya ordusunun da hələ ciddi resurslara malik olduqlarını unutmamağı tövsiyə edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB