Bu arada Prezident Vladimir Zelenski ukraynalı diplomatlara daha çox silah, xüsusən də hava hücumundan müdafiə sistemlərinin tapılmasına diqqət yetirməyi tapşırıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Ukraynanın xarici diplomatik qurumlarının rəhbərləri ilə görüşdə Zelenski, genişmiqyaslı işğalın başlanğıcından bəri Ukraynanın hər kəsin gözlədiyindən daha çox silah almasına baxmayaraq, amma hələ də rus işğalçıları üzərində üstünlük üçün lazım olandan az olduğunu deyib.
Ukrayna lideri hava qalxanının gücləndirilməsinin vacibliyini qeyd edib. Zelenskinin sözlərinə görə, əldə edə biləcəyimiz bütün hava hücumundan müdafiə sistemlərinə, hətta köhnə “S-300”-lərə də ehtiyacımız var.
“...Ukrayna Rusiya terrorundan qorunmalıdır. Bu, doğrudan da, çox çətin işdir. Amma bizim yaratdığımız müdafiə koalisiyalarına hər bir yeni dövlətin əlavə edilməsi bu fundamental vəzifənin icrasını asanlaşdırır”.
Bunu bəyan edən Ukrayna lideri uzaqmənzilli silahların əldə edilməsi üçün tərəfdaş dövlətlərlə və ilk növbədə ABŞ-la işi davam etdirməyin zəruriliyini qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB