Gərək ki, elə Siz də bunların müharibədən sonra da dinc qalmayacaqlarını deyirdiniz...
Budur, Kareliyada "Vaqner" özəl hərbi şirkətinin keçmiş muzdlusu, əvvəllər məhkum olunmuş, bu yaxınlarda Ukraynadakı müharibədən qayıdan 37 yaşlı İqor Sofonov 6 nəfəri öldürməkdə ittiham olunaraq həbs edilib.
SİA-nın əldə etdiyi məlumata görə, hazırda o, günahını inkar edir.
Beləliklə, verilən məlumata görə, avqustun 1-də Kareliyanın Prionejski rayonunun Derevyannoye kəndində bıçaq xəsarətləri olan 6 yerli sakinin meyiti tapılıb. Qətllər bir-birindən iki yüz metr aralıda yerləşən iki fərdi evdə törədilib. Birinci evdə ata və oğul, ikinci evdə üç kişi və bir qadın öldürülüb.
Qeyd edək ki, qatil, bəlkə də qatillər sonradan cinayət izlərini ört-basdır etmək üçün hər iki evi yandırmağa cəhd ediblər.
Cəsədlərin aşkarlanmasından 6 saat sonra polis qətliamda şübhəli bilinən şəxsləri – İqor Sofonov və 38 yaşlı Maksim Boçkarevi saxlayıb.
Verilən məlumata görə, onların hər ikisi əvvəllər eyni koloniyada uzunmüddətli həbs cəzası çəkiblər: birincisi adam öldürməyə cəhd, quldurluq, soyğunçuluq və oğurluq, ikincisi zorlama, cinsi təcavüz, həmçinin quldurluq, soyğunçuluq və oğurluğa görə.
Məhz 2022-ci ildə koloniyada olarkən İqor Sofonov “Vaqner”ə qəbul olunub və döyüşlərdə iştirak etmək üçün Ukraynaya göndərilib.
Derevyanoe kənd sakinlərinin verdiyi məlumata görə, o, bu ilin yazında müharibədən qayıdıb.
"Daily Karelia" teleqram kanalı Sofonovun həmkəndlilərinə istinadən iddia edir ki, cəbhədən qayıtdıqdan sonra "Vaqner" PMC-nin keçmiş döyüşçüsü çox içirmiş. Boçkarevin tərcümeyi-halı haqqıisə nda heç bir məlumat verilmir, vəkili dediyinə görə, ittihamları rədd edən Boçkarev, polis tərəfindən “yaxşıca” döyülüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB