Şimali Osetiyada Aslan Qaqiyevin 12 dəstə üzvü mühakimə olunub

Şimali Osetiyada Aslan Qaqiyevin 12 dəstə üzvü mühakimə olunub

Çərşənbə günü Şimali Osetiyada məhkəmə Aslan Qaqiyevin qondarma dəstəsinin məhkəməsini başa çatdırıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 12 müttəhim 12 ildən ömürlük həbsə qədər cəza alıblar.

Qeyd edək ki, məhkəmə dəstə üzvlərini Moskva, Moskva vilayəti və Şimali Osetiyada 37 qətldə, 4 nəfərə sui-qəsddə, 3 polis əməkdaşının həyatına qəsddə, iki nəfərin oğurlanmasında, habelə saxta sənədlərdən istifadədə və silah- sursatların qanunsuz dövriyyəsində ittiham edir.

İnal Zaseev və keçmiş polis zabiti Ruslan Yurtova ömürlük həbs cəzası verilib. Onlar müvafiq olaraq 16 və 11 qətldə təqsirli biliniblər.

Yeri gəlmişkən, Qaqiyevin qrupu 40-dan çox üzvdən ibarət olub və doqquz il - 2004-cü ildən 2013-cü ilə qədər mövcud olub.

Qrup, yuxarıda da dediyimiz kimi, Moskvada, Moskva vilayətində və Şimali Osetiyada 60-a yaxın qətldə təqsirləndirilir. Buraya, digərləri ilə yanaşı, üç polis əməkdaşı, prokurorluğun bir əməkdaşı və qismən tanınan Cənubi Osetiyanın əks-kəşfiyyatının zabiti də daxildir.

Qaqiyevin özünün işinə indi Rostov-na-Donu Cənub Dairə Hərbi Məhkəməsi baxır. Qaqiyev Şimali Osetiya baş nazirinin müavini Kazbek Paqiyevin qətlini etiraf edib və cinayətin sifarişçisi qismində Dövlət Dumasının Vahid Rusiyadan olan keçmiş deputatı Zurab Makiyevin adını çəkib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə