Rumıniya prezidenti Klaus Yoxannis çərşənbə günü Rusiyanı hərbi cinayətlər törətməkdə ittiham edib. Onun açıqlaması Rusiya qoşunlarının Rumıniya sərhədi yaxınlığında, Dunay çayı üzərində Ukraynanın İzmail ticarət limanını atəşə tutmasından sonra verilib.
SİA-nın əldə etdiyi məlumata görə, atışma nəticəsində limana və sənaye infrastrukturuna ziyan vurulub.
...Rusiyanın Rumıniyaya yaxın olan Dunayda Ukraynanın mülki infrastrukturuna davamlı hücumları qəbuledilməzdir. Bunlar müharibə cinayətləridir və Ukraynanın öz ərzaq məhsullarını bütün dünyada ehtiyacı olan insanlara ötürmək qabiliyyətinə təsir edir.
Qeyd edim ki, rumıniyalı prezident deyib bunu.
Onu da qeyd edək ki, Odessa vilayətində, Dunay çayının sol sahilində yerləşən İzmail şəhəri və limanının qarşı sahili artıq Rumıniya ərazisidir.
Xatırladaq ki, avqustun 2-nə keçən gecə rus qoşunları kamikadze dronlarla İzmailə hücum edib.
Ukrayna Baş Prokurorluğu hücum nəticəsində limanda lift, taxıl anbarları, yük terminallarından birinin çənləri, istehsal, anbar və inzibati binalar, habelə dəniz stansiyasının binasının zədələndiyini təsdiqləyib.
Buna görə də limanın fəaliyyətini dayandırılıb. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov bildirib ki, daşınmağa hazır olan 40 min ton taxıl da zərər görüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB