Rusiyaya Amerika avtomobillərinin tədarükü azaldılır...

Rusiyaya Amerika avtomobillərinin tədarükü azaldılır...

Amerika avtomobillərinin Gürcüstandan Rusiyaya ixracı və təkrar ixracı avqustun 1-dən məhdudlaşdırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.

Departament həmçinin bildirir ki, Avropa İttifaqı ölkələrindən gətirilən avtomobillərin Rusiyaya ixracı və təkrar ixracı Avropa İttifaqının 11-ci sanksiyalar paketində nəzərdə tutulduğu kimi sentyabrın 26-dan məhdudlaşdırılacaq.
İyunun 23-də təsdiq edilmiş sanksiyalar paketinə əsasən, mühərrikinin həcmi 1900 kubsantimetrdən çox olan avtomobillərin və bütün elektrik, eləcə də hibrid avtomobillərin Rusiyaya girişi qadağan edilib.

Bu arada Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili daha əvvəl Rusiyaya avtomobillərin təkrar ixracının dayanmayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bu gün avtomobil ticarəti Gürcüstan üçün mühüm gəlir mənbəyidir.

Yeri gəlmişkən, bunu nazir də etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə