Mərkəzi Avropadakı silah istehsalçıları Soyuq Müharibə bitdikdən sonra ilk dəfə istehsal artımının öhdəsindən gəlmək üçün yeni yollar tapmağa çalışırlar. Xüsusilə, müəssisələr Ukraynadan Qərb standartına uyğun artilleriya mərmiləri ilə yanaşı, silahlar üçün sovet tipli iriçaplı döyüş sursatları üçün müraciət alıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” yazır.
Agentlik qeyd edir ki, Polşa və Çexiyanın müdafiə müəssisələri yeni işçilər üçün proqramları işə salmağa və genişləndirməyə başlayıblar.
Maraqlıdır ki, “Reuters” Çexiyanın sursat və artilleriya mərmisi istehsalçısı STV Group-u misal gətirir.
Beləliklə, rəhbərliyin sözlərinə görə, şirkət Praqadan 200 kilometr cənub-şərqdə yerləşən Poliçka şəhərində işçilər üçün mənzillərin tikintisini maliyyələşdirir. Bundan əlavə, STV Qrup təqaüdə çıxmış əməkdaşlarını nahar zamanı sovet dövründə yeni istifadəyə verilmiş sursat xətləri haqqında biliklərini qeyri-rəsmi şəkildə bölüşmək üçün pulsuz olaraq korporativ kafeyə baş çəkməyə dəvət edir.
Qeyd edək ki, təqaüdçülərin gənc işçilərin təliminə cəlb edilməsi ideyası artıq ABŞ-da da həyata keçirilir. Bunu insan daşıya bilən “Stinger” zenit-raket komplekslərinin istehsalçısı “Raytheon” də edib.
Xatırladaq ki, ABŞ-da “Stinger” istehsalı hələ 20 il əvvəl dayandırılmışdı, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlaması ilə tələbat yenidən gündəmə gəlib.
Deyilənlərə görə, Çex partlayıcı maddələr istehsalçısı olan “Explosia” çatışmazlıqları aradan qaldırmaq üçün yerli universitetlərlə əməkdaşlığı genişləndirir.
Bu arada Çexiyanın Müdafiə və Təhlükəsizlik Sənaye Assosiasiyası, kadr çatışmazlığı hərbi istehsalın Mərkəzi Avropadan digər regionlara köçürülməsinə səbəb ola biləcəyini də gizlətməyib.
Yeri gəlmişkən, Çexiya hökuməti müharibə başlayandan sonra bu ölkəyə gələn ukraynalı qaçqınların bir qisminin müdafiə müəssisələrində işlə təmin olunması məsələsini də nəzərdən keçirir.
...Polşanın “DB Qrup”u əvvəllər kişilərin üstünlük təşkil etdiyi konveyerlərdə bu gün qadınları da işə götürməyə başlayıb.
...Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2022-ci ildə Ukraynaya silah tədarük edən 29 ölkədən Polşa və Çexiya Ukraynanın ümumi silah idxalının 20 faizindən çoxunu təşkil edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB