...17 aylıq genişmiqyaslı müharibə zamanı 50 minə yaxın ukraynalı əl və ayaqlarını itirərək əlil olub.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Wall Street Journal” dünyanın ən böyük protez istehsalçısı olan Almaniyanın “Ottobock” şirkəti və onun tibbi tərəfdaşlarının hesablamalarına istinadən yazır.
“The Wall Street Journal”ın materialında deyilir ki, əlil amputasiya olunanların faktiki sayı daha çox ola bilər, çünki protezlər vaxt aparır və bəzi qurbanlar yaralandıqdan sonra amputasiya olunmaq üçün həftələr, hətta ayları gözləyirlər.
Bundan əlavə, nəşr protezlərin qiymətinin 50 min avroya qaldırıla biləcəyini də istisna etmir. Qeyd edək ki, Ukrayna hakimiyyəti yaralanan hər əsgərə 20 min avroya qədər pul ödəyir və mülki vətəndaşlar çox vaxt ümumiyyətlə müalicə ala bilmirlər.
Və bəzi hallarda əksər yaralılar xeyriyyə təşkilatlarına müraciət etməyə məcbur olurlar.
Onu da qeyd edək ki, belə təşkilatlardan biri, Kiyevdəki “Houp” Fondu müharibədə ağır yaralanan ukraynalıların sayının 200 minə çatdığını təxmin edir.
Bunlardan 20 minə yaxını amputasiya tələb edən xəsarətlər alıblar.
Yeri gəlmişkən, Ukrayna hakimiyyəti də, Rusiya hakimiyyəti kimi, hərbçilərinin itkiləri ilə bağlı məlumatları gizlədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB