Nigerin Baş naziri beynəlxalq ictimaiyyəti yardıma çağırıb

Nigerin Baş naziri beynəlxalq ictimaiyyəti yardıma çağırıb

Nigerin Baş naziri Ouhomodo Mahamadou ölkəsində çevriliş edənlərə qarşı beynəlxalq yardıma çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Baş nazir Mahamadou mətbuata verdiyi açıqlamada Qərbi Afrikada demokratiyanın müdafiəsinin vacibliyini vurğulayaraq, çevriliş edənlərə qarşı beynəlxalq ictimaiyyətdən kömək istəyib.

Beynəlxalq iclasda iştirak etmək üçün İtaliyaya getdiyini və üsyançıların sərhədləri bağladığı üçün ölkəsinə dönə bilmədiyini bildirən Mahamadou Fransada olduğunu bildirib.

Mahamadou çevrilişlə bağlı "Niger həssas bir ölkə olduğu üçün bu bir fəlakətdir. 4 milyon insanın qida problemi var və ölkədə 300 min qaçqın yaşayır" deyib.

2020-ci ildən bəri Mali, Burkina Faso və Qvineyada baş verən çevrilişləri xatırladan Mahamadou Nigerdəki çevriliş hakimiyyəti tanınacağı təqdirdə Qərbi Afrikada demokratiyanın tamamilə təhlükə altına düşəcəyini vurğulayıb.

Mahamadou "Bu, ECOWAS (Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi) ölkələri üçün sağ qalmaq və beynəlxalq ictimaiyyət üçün etibarlılıq məsələsidir. Niger demokratik dövlət olaraq qalmalıdır" deyib.

Baş nazir Mahamadou "Niger regionda demokratiyanın təşviqi və cənubdakı ölkələrdə terrorun yayılmasının qarşısının alınması üçün təməl daşıdır" deyə vurğulayıb.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Prezidentin Mühafizə Alayının komandiri general Əbdürrəhman (Ömər) Çiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (MŞH) xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.

ECOWAS isə iyulun 30-da keçirdiyi fövqəladə zirvə toplantısında hərbi xuntaya prezident Bazumu azad etmək və vəzifəsinə qayıtmaq üçün bir həftə vaxt verib.

Bütün xəbərlər Facebook səhifəmizdə