Rusiya Türkiyə və digər maraqlı ölkələrlə ehtiyacı olan ölkələrə taxıl tədarükü variantlarını nəzərdən keçirməyə hazırdır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.
“Vurğulanıb ki, xüsusilə ərzaq məhsullarına ehtiyacı olan ölkələrin tələbləri nəzərə alınmaqla, Rusiyadan taxıl tədarükünün etibarlı variantları, o cümlədən pulsuz əsaslarla müzakirə edilir. Bu məsələ bu yaxınlarda Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika sammitində ətraflı müzakirə olunub”, - Kremldən bildiriblər.
"Bu sahədə Türkiyə və digər maraqlı ölkələrlə qarşılıqlı fəaliyyət üçün mövqe ifadə olunub", - Kremlin mətbuat xidməti vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB