Putin və Ərdoğan arasında görüş baş tuta bilər

Putin və Ərdoğan arasında görüş baş tuta bilər

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı potensial görüşə hazırlaşmaq barədə razılığa gəliblər. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər müxtəlif səviyyələrdə, o cümlədən iki lider arasında potensial görüşə hazırlıq kontekstində təmasları davam etdirmək barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Türkiyə liderinin ofisi daha əvvəl bildirmişdi ki, Ərdoğan və Putin Rusiya prezidentinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər.

İyunun 29-da Putin jurnalistlərə bildirib ki, Türkiyəyə səfəri baş tuta bilər. Eyni zamanda Rusiya prezidenti Ərdoğanın Rusiyaya gəlməsinin də mümkün olduğunu bildirib. Kremlin köməkçisi Yuri Uşakov bir müddət əvvəl Putinin Türkiyəyə səfərinin Moskva və Ankara tərəfindən planlaşdırıldığını, lakin tərəflərin tarixləri hələ razılaşdırmadığını bildirib.

Putinlə Ərdoğan arasında indiki telefon danışığı builki onuncu danışıqdır. Aprel ayında liderlər videokonfrans vasitəsilə Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasına nüvə yanacağının çatdırılması mərasimində iştirak ediblər. Putin və Ərdoğan arasında sonuncu şəxsi görüş 2022-ci ilin oktyabrında baş tutub.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə