Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə söhbətində meşə yanğınlarının söndürülməsində Rusiyanın köməyinə görə minnətdarlığını bildirib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, meşə yanğınları iyulun əvvəlindən Türkiyənin bir sıra əyalətlərini, o cümlədən Antalya və Muğlu kurort bölgələrini əhatə edib. Ötən ayın ortalarında Rusiya prezidentinin göstərişi ilə yanğınların söndürülməsinə kömək etmək üçün Türkiyəyə iki “Be-200” amfibiya təyyarəsi göndərilib. Hazırda yanğınların əksəriyyəti ya nəzarət altına alınıb, ya da söndürülüb.
Keçən il Türkiyə meşə yanğınlarından xüsusilə zərər çəkib.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB